Hakan Fidan bu ölkələrin addımın ikili - STANDART ADLANDIRDI
Dünya
Avropa İttifaqı (Aİ) ölkələrində fələstinlilərə dəstək nümayişlərinin qarşısının alınması ikili standartdır.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.
Qeyd edilib ki, “ifadə azadlığı adı altında müqəddəs kitabımız Qurani-Kərimə qarşı təhqiramiz hərəkətlərə icazə verənlər Fələstində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə etiraz etmək istəyənlərin də qarşısını alırlar. Bu, qəbuledilməz ikili standartdır”.
H.Fidan, həmçinin Aİ-nin genişlənməsi məsələsinə də toxunaraq, “Aİ qlobal oyunçu olmaq istəyirsə, genişlənməni geostrateji məsələ kimi qəbul etməlidir” deyə vurğulayıb.