"Hazırda Qarabağda atılan addımlar düzgün deyil"- - Ərdoğan-VİDEO
Dünya
"Hazırda Qarabağda atılan addımlar düzgün deyil".
News24.az "Trt haber"ə istinadən xəbər verir ki, bunu G-20 Zirvə Toplantısından sonra beynəlxalq mətbuat konfransındakı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Sentyabrın 11-də böyük ehtimalla mənim Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığım olacaq. Hazırda Qarabağda atılan bu addımlar düzgün deyil. Bunu qəbul etmək mümkün deyil. Avropa İttifaqı dövlətləri də bunu qəbul etmir”,-deyə o əlavə edib.
Xatırladaq ki, Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələri son vaxtlar səngər qazma və istehkam işlərini artırıb.
Ətraflı RTV-də:
Leyla SƏMƏNDƏR