Həbsə aparan yol... - Gündə 100 zəng

Həbsə aparan yol... - Gündə 100 zəng Dünya

Yaponiyada bir kişi həyat yoldaşına gündə 100 dəfə zəng vurduğuna və sadəcə olaraq telefonda susduğuna görə həbs edilib.

News24.az bu barədə "Sora News"-a istinadla xəbər verir.

KİV-in məlumatına görə, qadının telefonuna naməlum nömrədən zənglər gəlməyə başlayıb. Eyni zamanda, xəttin o biri ucundakı şəxs sadəcə susub və telefona ağır-ağır nəfəs verib. İş o yerə çatıb ki, qadına gündə 100 belə zəng gəlib.

Nəticədə qadın kömək üçün polisə müraciət edib. Araşdırma zamanı telefon xuliqanının  qadının əri olduğu məlum olub. O, həbs edilib və bir nəfəri izləməkdə ittiham olunub.  

Kişi bu hərəkətini, həyat yoldaşına sevgisini səssiz zənglər vasitəsilə bildirmək istədiyi ilə izah edib.

"Mən həyat yoldaşımı sevirəm və heç nə demədən ona zəng etdim" deyib.

Polis əlavə edib ki, bu, onların karyeralarında ilk belə hadisədir.

Məryəm İlhamqızı