Helikopter qəzaya uğradı: 4 polis öldü

Helikopter qəzaya uğradı: 4 polis öldü Dünya

Kolumbiyanın şimal-qərbində Antiokia departamentində “Black Hawk” helikopterinin qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə ölkə prezidenti öz X hesabında məlumat yayıb.

Qəza nəticəsində 4 polis əməkdaşı həlak olub.

"Ölkənin rifahı üçün çalışan bu insanların ailələrinə başsağlığı verirəm",-  deyə Kolumbiya Prezidenti Qustavo Petro X-də yazıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mehriban Mirzəzadə