İran Prezidenti: "Fələstin liderlərinin qərarını dəstəkləyəcəyik"

İran Prezidenti: "Fələstin liderlərinin qərarını dəstəkləyəcəyik" Dünya

İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyya ilə telefon danışığında ölkəsinin Fələstin liderlərinin danışıqlar prosesində qəbul edəcəyi bütün qərarları dəstəkləyəcəyini bildirib.

News24.az xəbər verir ki, İran Prezident Aparatının yaydığı məlumata görə, Pezeşkian Fələstin məsələsini İranın xarici siyasətinin "əsas prinsiplərindən biri" adlandırıb və ölkəsinin Fələstin xalqına dəstəyini davam etdirəcəyini vurğulayıb.

Prezident Qəzzada hücumların dayandırılması istiqamətində aparılan danışıqlara toxunaraq, İranın Fələstin rəhbərliyinin qəbul edəcəyi istənilən qərarı və təşəbbüsü dəstəkləyəcəyini qeyd edib.

Xəlil əl-Həyya isə İranın Fələstin xalqına göstərdiyi dəstəyə görə təşəkkür edib və HƏMAS-ın digər Fələstin qrupları ilə koordinasiyalı şəkildə danışıqları davam etdirdiyini bildirib.