HƏMAS Fələstinin yaradılmasına - cəlb olunacaq
Dünya
“HƏMAS-ı Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasına cəlb etmək mümkündür”.
News24.az xəbər verir ki, bu barədə Fələstinin Baş naziri Məhəmməd Ştayyeh bildirib.
“HƏMAS oktyabrın 7-nə kimi başqa idi, ondan sonra isə başqa. Əgər onlar razılığa gəlməyə və Fələstin Azadlıq Təşkilatının siyasi platformasını qəbul etməyə hazırdırlarsa, o zaman dialoq imkanı var. Fələstinlilər bölünməməlidir”, - deyə Ştayyeh bildirib.
Ayşən