Heydər Əliyev Fondu Pakistanda xeyriyyə - AKSİYASI KEÇİRDİ
Dünya
Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti xeyriyyə aksiyası keçirilib.
News24.az xəbər verir ki, aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzini ziyarət edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə mərkəzin tibb heyəti, həmçinin pasiyentlər və onların ailə üzvləri ilə görüşüb.
Mərkəzin baş administratoru, ehtiyatda olan hərbi hava qüvvələri vitse-marşalı Aftab Hüseyn mərkəz və orada müalicə alan pasiyentlər haqqında məlumat verib. Baş administrator 20 ildən çoxdur ki, fəaliyyət göstərən Sundas Talassemiya Mərkəzində hazırda Pakistanın müxtəlif bölgələrindən olan, talassemiyadan əziyyət çəkən 350-dən çox və hemofiliyadan əziyyət çəkən 60-dan çox uşağın pulsuz müalicəsinin aparıldığını, həmçinin qan köçürmələri həyata keçirildiyini bildirib. Bu sahədə Pakistanda ilkə imza atan, Pakistan Prezidentinin və birinci xanımının da ziyarət etdiyi mərkəzin, eyni zamanda, xəstələrin ailələrinə də mümkün qədər maddi və logistik dəstək göstərdiyini diqqətə çatdırıb