Hindistan Myanma ilə sərhəddə hasar çəkəcək

Hindistan Myanma ilə sərhəddə hasar çəkəcək Dünya


Hindistan Myanma ilə sərhəddə hasar çəkmək niyyətindədir. 

News24.az xəbər verir ki, bu barədə daxili işlər naziri Amit Şahın jurnalistlərə müsahibəsində bildirib.

O sərhəddə Myanmadan Hindistana sərbəst hərəkət rejiminin də ləğv ediləcəyini bildirib.

"Hindistanın Myanma ilə sərhədi Banqladeşdə olduğu kimi qoruyacq", - deyə nazir bildirib.

O Banqladeşlə sərhəddə Hindistan tərəfində tikanlı məftillərin çəkildiyinə diqqət çəkib.