Hörmüzdə gərginlik artır: 28 gəmi geri qaytarıldı
Dünya
Hörmüz boğazının blokadası başlanandan ABŞ 28 gəmini geri qaytarıb.
News24.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) özünün "X" hesabında yazıb.
Bildirilib ki, bu gəmilər həm İran istiqamətində hərəkət edən, həm də İran limanlarından çıxmağa çalışan gəmilərdir.
Xatırladaq ki, ABŞ hərbçiləri İranın dəniz blokadasına aprelin 13-də başlayıblar. CENTCOM-dan verilən açıqlamaya görə, ölkənin limanlarına yaxınlaşmaq istəyən və oradan çıxmağa çalışan gəmilərin geri qaytarılması davam etdiriləcək.