İbrahim Tatlısəsin qızı "Survivor"a qatılacaq
Dünya
Televiziya prodüseri Acun Ilıcalı, “Survivor 2026: Celebrities–All Star” mövsümünün heyətinə qatılan üçüncü məşhurun adını açıqlayıb.
News24.az xəbər verir ki, ilk olaraq Bayhan Gürhan və Kərəmcemin yarışmaya qatılacağı məlum olmuşdu. İlıcalının son paylaşımında isə usta sənətçi İbrahim Tatlısəsin qızı, Dilan Çıtak Tatlısəsin də Survivor 2026 iştirakçısı olacağı bildirilib.
Qeys edək ki, yeni mövsüm “Məşhurlar – All Star” konsepti ilə ekranlara qayıtmağa hazırlaşır. Artıq yarışma üçün hazırlıqlar başlayıb və heyət mərhələli şəkildə açıqlanır.