İmamoğlu casusluqda ittiham olunur
Dünya
Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu, onun seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağ barəsində casusluq ittihamı ilə istintaq başlanıb.
Məlumata görə, İmamoğlu bu ilin mart ayında İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan araşdırma çərçivəsində saxlanılıb. Onun evində axtarış aparılıb, daha sonra tibbi müayinədən keçirilib. İstintaq çərçivəsində ümumilikdə 100-dən çox şəxs saxlanılıb.
Xatırladaq ki, Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilmişdi.