İndoneziyada torpaq sürüşməsi: Ölənlərin sayı 11-ə çatdı

İndoneziyada torpaq sürüşməsi: Ölənlərin sayı 11-ə çatdı Dünya

İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi faciəsində ölənlərin sayı 11-ə yüksəlib.

News24.az xəbər verir ki, hadisə günlərlə davam edən güclü yağışlardan sonra qeydə alınıb.

Axtarış-xilasetmə qruplarının rəsmisi Ade Dian Permananın verdiyi məlumata görə, hazırda 79 itkin düşmüş şəxsin axtarışları davam edir. Təhlükəli şərait səbəbindən əməliyyatlar çətinliklə aparılır.

Rəsmi qurumlar hadisə nəticəsində 30-dan çox evin zərər gördüyünü, bəzi yaşayış sahələrinin isə tamamilə su altında qaldığını açıqlayıb.