İngiltərədə təyyarə qəzaya uğradı: Ölənlər var

İngiltərədə təyyarə qəzaya uğradı: Ölənlər var Dünya

Esseks qraflığında (İngiltərənin cənub-şərqi) yüngül mühərrikli təyyarə tarlada qəzaya uğrayıb, nəticədə iki nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə polis əməkdaşı Morqan Kronin mətbuat konfransında bildirib.

"İkiyerlik "Cessna" təyyarəsi qısa uçuş həyata keçirirdi, lakin təəssüf ki, geri qayıtmayıb. Ölənlərin şəxsiyyəti hələ rəsmi olaraq müəyyənləşdirilməyib", - o bildirib.

M.Kronin qeyd edib ki, təyyarə Nort-Uild aerodromundan havaya qalxıb. Qəzanın səbəbləri aydınlaşdırılır.