Qaçqın uşaqlar həbsxanaya yerləşdirilir

Qaçqın uşaqlar həbsxanaya yerləşdirilir Dünya

Böyük Britaniyada yerləşən İnsan Hüquqları Şəbəkəsi dəniz yolu ilə ölkəyə gələn qaçqın uşaqların bir çox cinsi cinayətkarın da saxlanıldığı Elmley həbsxanasına yerləşdirildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

"People for Rights Network" əməkdaşları, indiyədək Kentdəki HMP Elmley həbsxanasına müşayiəti olmayan 14 qaçqın uşağın göndərildiyini, bu uşaqlardan birinin 7 ay həbsdə yatdığını və cəmi 14 yaşında olduğunu bildirib. Agentlik, bir çoxunun ölkəyə insan alverçiləri tərəfindən gətirildiyi hesab edilən əcnəbi yetkin məhbuslarla eyni həbsxanaya yerləşdirilən uşaqların sayının artdığını deyib.

Elmley Həbsxanasının ən son təftişi və araşdırması göstərdi ki, İngiltərə vətəndaşları olmayanlar üçün həbsxana blokunda cinsi cinayətkarlar da var. Bu bloka yerləşdirilən uşaqların daha çox Liviya üzərindən Böyük Britaniyaya gələn, əksəriyyətinin ölkəyə insan alveri yolu ilə gətirilən və ya sui-istifadə və istismara məruz qalan sudanlı və ya cənubi sudanlı olduğu paylaşılıb.

Bu iddiaların mətbuatda əks olunmasından sonra İngiltərə Daxili İşlər Nazirliyinə məsələ ilə bağlı araşdırma başlatmaq və böyüklər həbsxanasında saxlandığı düşünülən bütün uşaqları dərhal azad etmək çağırışı edilib.

Aydan