İran BMT-dəki bu vəzifəsindən məhrum oluna bilər
Dünya
Bu gündən İran İslam Respublikası əsas beynəlxalq insan haqları təşkilatı olan BMT-nin İnsan Haqları Şurasına sədrlik edəcək.
News24.az xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Cozep Borrel BMT-nin müəyyən edilmiş prosedurlarına uyğun olaraq rotasiyanı müdafiə edib.
Bununla belə, İranın daxil olduğu Asiya qrupu son 6 ildə dörd dəfə bu vəzifəni tutub, digər regional qruplar isə rotasiyadan imtina ediblər.
Yeri gəlmişkən, İranın təyinatı şuranın cümə axşamı keçiriləcək növbədənkənar iclasında ləğv edilə bilər. “United Nations Watch” artıq 100 mindən çox insan tərəfindən imzalanmış petisiya dərc edib.
Qurum BMT-ni İranın yuxarıda adı çəkilən şuradakı sədrliyini ləğv etməyə çağırır.
“Biz cənab Borreli tədbir görməyə çağırırıq. BMT-nin bütün demokratiyaları üçün dünya təşkilatının əsas prinsiplərini pozan qatil rejimləri legitimləşdirməyi dayandırmağın və bunun əvəzinə cavabdehləri məsuliyyətə cəlb etməyə başlamağın vaxtı çatıb”, - deyə BMT-nin icraçı direktoru Hillel Noyer bildirib.
Akqabay