İran bu addımı atsa 24 milyard dollar əldə edəcək

İran bu addımı atsa 24 milyard dollar əldə edəcək Dünya

Tehran və Vaşinqton arasında sülh sazişinin bir hissəsi olacaq qarşılıqlı anlaşma memorandumu çərçivəsində İrana məxsus təxminən 24 milyard dollar vəsaitin dondurulması ləğv edilə bilər.

News24.az xəbər verir ki, məlumata görə, İran bu məbləğin yarısını memorandum imzalanan kimi əldə etmək istəyir.

Qalan hissə isə növbəti 60 gün ərzində əlçatan olacaq.