İran İsraildən kompensasiya tələb edəcək

İran İsraildən kompensasiya tələb edəcək Dünya

Hazırda hücumların dayandırılması mərhələsində olan İran təcavüzün vurduğu zərəri qiymətləndirir. 

News24.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyində hüquqşünaslar qrupu yaradılıb və onlar dəymiş ziyanı hüquqi baxımdan qiymətləndirirlər. 

Sübhani İranın təcavüzkarların vurduğu zərərin ödənilməsi tələbi ilə beynəlxalq strukturlara müraciət etmək niyyətində olduğunu vurğulayıb.     

Nigar İlyasqızı