"İran quldurları oğurladıqları pulları xərcləyir, ölkədə terror ilə..." - Kanada rəsmisi
Dünya
“İran rejiminin quldurlarının Kanadada olması və terror fəaliyyətləri ilə əlaqələri dəhşətlidir”.
News24.az xəbər verir ki, bu barədə Kanada Mühafizəkarlar Partiyasının lideri, ölkə müxalifətinin ən güclü siması Pyer Palio bildirib.
O qeyd edib ki, sözügedən şəxslər bu ölkədə Kanada yəhudilərini və iranlı müxalifləri hədələyir: “Oğurladıqları pulları xərcləyir və təqib olunmadan fəaliyyətlərini davam etdirirlər”.
Palio İran məmurlarının ölkədən çıxarılmasını tələb edib.
Xatırladaq ki, bundan əvvəl bəzi nəşrlərdə İran hakimiyyətinə bağlı şəxslərin Kanadada geniş şəbəkəyə malik olduqları və rejimə müxalifləri təhdid etdikləri barədə məlumatlar yayılıb.
Kanadadakı vəkillərin araşdırmalarının nəticələrinə görə, ölkədə Tehran rejimi və SEPAH-a bağlı 700 nəfərin kimliyi müəyyən edilib. Onlar Kanadada daimi, müvəqqəti oturumla yaşayır, bəziləri isə vətəndaşlıq alıblar.
Ayşən