İran təlimlərə başlayır

İran təlimlərə başlayır Dünya

İran quru qüvvələrinin müxtəlif bölmələrinin iştirakı ilə yaxın günlərdə hərbi təlimlər keçirəcək.

News24.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə,  “İktidar 1402” təlimi ölkənin mərkəzi bölgəsində yerləşən İsfahan əyalətində keçiriləcək. Manevrlərdə İslam Respublikası Silahlı Qüvvələrinin artilleriya, zirehli və hava-desant bölmələri iştirak edəcək.

Agentlik təlimlərdə hansı silahlardan istifadə ediləcəyi barədə məlumat verməyib.

Qumral