İrana hücum ediləcək: Xamenei təcili sığınacağa yerləşdirildi
Dünya
ABŞ tərəfindən mümkün hücum təhlükəsi ilə bağlı açıqlamalar fonunda İranın ali lideri Əli Xamenei Tehranda yerləşən xüsusi yeraltı sığınacağa köçürülüb.
News24.az xəbər verir ki, bu barədə Iran International nəşri məlumat yayıb.
Məlumata görə, Xameneinin oğlu Məsud Xamenei ali liderin ofisinin cari fəaliyyətini üzərinə götürüb və hazırda icra strukturları ilə əsas əlaqə kanalı kimi fəaliyyət göstərir.
Gərginliyin artması və mümkün xarici təhdidlər səbəbilə ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir. (Globalinfo.az)