İranda güclü partlayış: - Ölənlər var
Dünya
İranın Əlborz əyalətinin Fərdis şəhərində güclü partlayış baş verib.
News24.az xəbər verir ki, bu barədə Fərdis şəhər Bələdiyyəsinin Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətləri İdarəsinin rəisi Hüseyn Aşuri deyib.
“Fərdisdə icazəsiz fəaliyyət göstərən emalatxananın partlaması nəticəsində 2 nəfər ölüb. Hadisədə üç yaşayış binası tamamilə dağılıb və daha bir yaşayış məntəqəsinə ciddi ziyan dəyib. Dağıntılar altında insanların qalması istisna edilmir”.
Məlumata görə, sözügedən emalatxanada yandırıcı materiallar hazırlayarkən baş verən təsadüfi qəza partlayışa səbəb olub.
Nəzrin