İranda rəqəmsal blokada: ölkədə internet kəsildi
Dünya
İranda hazırda ölkə miqyasında internet kəsintisi müşahidə olunur.
News24.az xəbər verir ki, bu barədə internet monitorinq qrupu “NetBlocks” “X” sosial şəbəkəsində məlumat yayıb.
Paylaşımda bildirilib ki, canlı şəbəkə göstəriciləri ölkə üzrə internet bağlantısının kəskin şəkildə azaldığını təsdiqləyir.
“NetBlocks”un açıqlamasında qeyd olunub ki, hadisə ölkə daxilində etirazları hədəf alan və son dövrlərdə tətbiq edilən bir sıra rəqəmsal senzura tədbirlərindən sonra baş verib. Bildirilib ki, internet kəsintisi ictimaiyyətin kritik anda ünsiyyət qurmaq hüququna ciddi maneə yaradır.
Qeyd edək ki, İranın bir neçə bölgəsində hökumət əleyhinə etirazçılarla təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar davam edir. Ölkədə iqtisadi böhranın yaratdığı etirazlar dalğası artıq 12-ci gündür ki, davam edir. (APA.az)