İsrail-HƏMAS müharibəsində ŞOK FAKTLAR - ən azı 350 min nəfər ölkəni tərk etdi

İsrail-HƏMAS müharibəsində ŞOK FAKTLAR - ən azı 350 min nəfər ölkəni tərk etdi Dünya

Son bir ayda səkkiz milyon əhalisi olan İsraili ən azı 350 min insan tərk edib.

News24.az mənbələrə istinadla xəbər verir ki, İsrailin büdcə kəsiri rekord həddə - 400 faizə çatıb.

Milli valyuta isə şekel 15% ucuzlaşıb.

İsrailin beş ən böyük bankının səhmləri 20%-dən çox dəyər itirib.

Bundan əlavə, 50 min xarici işçi İsraili tərk edib. Ümumilikdə turizm iflic vəziyyətinə düşüb.

Səfərbərlikdən sonra müvafiq dairələrin bildirdiyinə görə, işçi qüvvəsi çatışmazlığı artıb.

Daha 1 milyon israilli hərbi əməliyyatlar təhlükəsi səbəbindən evlərini tərk edib və ya sığınacaqlarda qalmağa və iqtisadi fəaliyyətdən uzaq olmağa məcbur olub.

Ayşən