İsrail hücuma keçdi: Ölənlər var

İsrail hücuma keçdi: Ölənlər var Dünya

İsrailin hava zərbələri nəticəsində Livanın cənubundakı Nəbatiyyə şəhərində iki nəfər həyatını itirib.

News24.az xəbər verir ki, hücum zamanı bir bina və ibtidai məktəb hədəf alınıb.

Livan mətbuatının məlumatına görə, İsrail hərbi təyyarələri Nəbatiyyə əyalətinin Ərəbsəlim şəhəri yaxınlığında əməliyyat həyata keçirib. Hərbi hücum ətrafdakı əhali arasında təşviş yaradıb, məktəb və binalarda ziyan dəyə biləcəyi barədə xəbərdarlıqlar yayımlanıb.

Hazırda yerli rəsmilər və xilasedicilər hadisə yerində vəziyyəti qiymətləndirir, itkin düşmüş şəxslərin axtarışı davam etdirilir.

Aqil Qarayev