İsrail Livana hücum etdi

İsrail Livana hücum etdi Dünya

İsrailin Livanın şərqində pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

News24.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrailin Qərbi Bekaa bölgəsində Bab Maraa - Saqbin yolunda hərəkət edən bir motosikleti PUA ilə hədəf aldığı, hücum zamanı yoldan bir avtomobilin də keçdiyi bildirilib.

Xəbərdə raketin sözügedən motosikletə və avtomobilə dəyib düşdüyünə dair məlumat verilməsə də, hücumda 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı və bölgədəki xəstəxanaya aparıldığı bildirilib.

Onu da qeyd edək ki, İsrail ordusu hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Günel Məlikzadə