İsrail Qəzzada yeni əməliyyata başlayır

İsrail Qəzzada yeni əməliyyata başlayır Dünya

İsrail Qəzza zolağının şimalında hərbi əməliyyatlar başa çatdıqdan sonra başlayacaq quru əməliyyatının növbəti mərhələsinin planını təsdiqləyib. İDF Qəzza zolağının şimalında hərbi əməliyyatlar başa çatdıqdan sonra quru əməliyyatının yeni mərhələsinə – HƏMAS-ın bütün infrastrukturunun məhvinə başlayacaq.

News24.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Conatan Konrikus məlumat verib.

Onun sözlərinə görə, Fələstinin radikal HƏMAS hərəkatına qarşı müharibənin ümumi məqsədi dəyişməz olaraq qalır:

“Hadisələri nə vaxt, harada və nə etməyi planlaşdırdığımızı söyləməyəcəyəm, amma əməliyyatın məqsədi dəyişməz olaraq qalır", - deyə İDF bildirib.

Qumral