İsraildə bu sayda insan işdən çıxarıldı - ŞOK RƏQƏM

İsraildə bu sayda insan işdən çıxarıldı - ŞOK RƏQƏM Dünya

İsrail, blokada altındakı Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bəri təxminən 46 min israillinin işdən çıxarıldığını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

İsrail Əmək Nazirliyindən verilən məlumata görə, ölkədəki işçi qüvvəsinin yüzdə 18-inə bərabər olan 760 min israillinin hazırda işləmədiyi bildirilib.

Bəyanatda həmçinin oktyabrın 7-dən bu yana təxminən 46 min israillinin işdən çıxarıldığı bildirilib.

Ülkər Abdurahmanlı