İsraildə ölənlərin sayı - 900-ə çatdı

İsraildə ölənlərin sayı - 900-ə çatdı Dünya

Qəzza zolağından həyata keçirilən hücumlarda ölən israillilərin sayı artıb.

News24.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə İsraildə həyatını itirənlərin sayı 900-ə yüksəlib, 157-si ağır olmaqla 2616 nəfər yaralanıb.

Qeyd edək ki, İsraillə HƏMAS arasında toqquşmalar üçüncü gündür ki, davam edir.

Leyla SƏMƏNDƏR