İsrail çağırış etdi: Bu ərazini tərk edin!

İsrail çağırış etdi: Bu ərazini tərk edin! Dünya

İsrail ordusu Livanın cənubunda əməliyyatları davam etdirir.

News24.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avixay Edri X hesabında paylaşım edib.

O, ölkənin cənubundakı Sucid kəndinə zərbə endiriləcəyini bildirib.

Sözçü bölgə sakinlərinə təxliyə çağırışı edərək, əhalidən Zəhrani çayının şimalına çəkilmələrini istəyib.