İsrailin gündəlik hərbi xərcləri açıqlandı

İsrailin gündəlik hərbi xərcləri açıqlandı Dünya

İsrailin gündəlik hərbi xərcləri 35–45 milyon dollara çatıb.

News24.az xəbər verir ki, bu barədə “Calcalist” nəşri yazıb.

Nəşrin məlumatına görə, ölkənin Müdafiə Nazirliyi hərbi büdcənin 63 milyard dollara qədər artırılmasını tələb edib.

Bu isə səhiyyə və təhsil sahələrinə ayrılan xərclərə təsir etdiyi üçün Maliyyə Nazirliyində narahatlıq yaradıb.

Bununla yanaşı, xərclərin təxminən yarısı ehtiyatda olan hərbçilərə (təxminən 100 min nəfər) sərf olunur, qalan hissə isə Livandakı əməliyyatlara, aviasiyanın saxlanmasına və ordunun gündəlik ehtiyaclarına yönəldilir.