İsraillə dialoq dalana dirənib - HƏMAS
Dünya
HƏMAS hərəkatı Qəzza zolağında vəziyyətin nizamlanması üçün İsrail tərəfi ilə danışıqlar prosesindən geri çəkilməyib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Heya deyib.
O bildirib ki, İsrailin addımları səbəbindən dialoq dalana dirənib:
“Hazırda heç bir danışıqlar aparılmır və İsrail Baş naziri Benyamin Netanyahunun dediyi hər şey yalnız öz ambisiyalarını təmin etmək məqsədi daşıyır”.