İstanbulun şirin su ehtiyatı - TÜKƏNİR

İstanbulun şirin su ehtiyatı - TÜKƏNİR Dünya

İstanbul yağıntıların olmaması səbəbindən su çatışmazlığı ilə üzləşə bilər.

News24.az  xəbər verir ki, bu barədə “RİA Novosti” öz tədqiqatının nəticələrinə istinadən xəbər verir.

 Agentliyin məlumatına görə, bazar ertəsi su anbarlarında suyun səviyyəsi 20%-ə və ya 868 milyon kubmetrdən 180 milyon kubmetrə enib.

“İstanbul gündə təxminən 3,1 milyon kubmetr su istehlak edir. İtirilmiş su həcmini bərpa etmək üçün şəhərə güclü yağış lazımdır. 57 gün ərzində su ehtiyatları tamamilə tükənəcək”.

Ehtimal olunur ki, anbarların dayazlaşmasına səbəb yayın quraq keçməsi olub. Türkiyənin Meteorologiya Baş İdarəsinin məlumatına görə, avqust ayı meteoroloji müşahidələrin aparıldığı 33 ilin ən quraq yay ayı olub. Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib. Ölkə hökuməti su ehtiyatlarını qorumaq üçün bir sıra tədbirlər gördü, xüsusən də vətəndaşlara İstanbulda bağları və şəxsi parkları suvarmaq qadağan edildi.

Ayşən