İtkin düşən aktyorun meyiti tapıldı - Foto

İtkin düşən aktyorun meyiti tapıldı - Foto Dünya

Bir neçə gün öncə itkin düşən kanadalı aktyor Stüart Maklinin meyiti taplıb.

News24.az xəbər verir ki, bu barədə Kanada polisi məlumat yayıb.

Məlumata görə, aktyorun cəsədi Britaniya Kolumbiyası əyalətinin Layons-Bey bölgəsində tapılıb və kimliyi müəyyən edilib.

45 yaşlı aktyor sonuncu dəfə mayın 15-də Layons-Beydəki evində görülüb, onun itkin düşməsi barədə isə mayın 18-də məlumat verilib.

Polis nümayəndəsi Ester Tapper bildirib ki, hazırda ölümün bütün mümkün səbəbləri araşdırılır və onun öldürülməsi ehtimalı da istisna edilmir.

Stüart Maklin “Vircin River” serialının yeddinci mövsümündə, “Kiçik Şəhərdə Qətl” layihəsində və “Xoşbəxt sima” daxil olmaqla bir sıra ekran işlərində rol alıb.

Onun film və serial siyahısında 35-dən çox layihə yer alır.