Jurnalist 11 ailə üzvü ilə birlikdə HƏLAK OLDU – - Son sözləri...

Jurnalist 11 ailə üzvü ilə birlikdə HƏLAK OLDU – - Son sözləri... Dünya

İsrailin Qəzzanı bombalaması zamanı fələstinli telejurnalist Məhəmməd Əbu Hətab 11 ailə üzvü ilə birlikdə həlak olub. Jurnalist Əbu Hətabın hücum zamanı işdə olduğu və ölümündən bir saat əvvəl son təqdimatını etdiyi öyrənilib.

News24.az xəbər verir ki, bu barədə "Sondakika" məlumat yayıb.

Telekanalın müxbiri Muhammed Abu Hatab və ailə üzvlərinin İsrailin Xan Yunusa hücumu nəticəsində həyatını itirdiyi bildirilib. 

Jurnalistin həyat yoldaşı, oğlu və qardaşı da daxil olmaqla 11 nəfərin həlak olduğu deyilir.

Qeyd edək ki, Abu Hatab ölümündən bir saat əvvəl xəstəxana qarşısında təqdimat edib.

Ülkər Abdurahmanlı