Karakasa gizli diplomatik missiya: ABŞ rəsmiləri Venesuelaya getdi
Dünya
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Venesuelaya gedib.
News24.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilir ki, səfərin əsas məqsədi ABŞ-nin Karakasdakı səfirliyinin fəaliyyətinin mümkün bərpasına hazırlıq görməkdir.
Məlumata görə, amerikalı diplomatlar diplomatik mövcudluğun mərhələli şəkildə yenidən qurulması üçün ölkədəki şərait və təhlükəsizlik vəziyyəti ilə bağlı ilkin qiymətləndirmə aparırlar.