Kayseridə tələbə qız öldürüldü
Dünya
Kayseri Universitetinin qarşısında dəhşətli hadisə baş verib.
News24.az xəbər verir ki, universitetin Folklor fakültəsinin tələbəsi, üç uşaq anası Meliha K. keçmiş əri tərəfindən ov tüfəngi ilə vurularaq həyatını itirib.
Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında mübahisə düşüb, bu isə davaya çevrilib. O, mübahisə zamanı yanında gətirdiyi ov tüfəngi ilə Meliha K.-ya atəş açıb. Ağır yaralanan qadın dərhal Erciyes Universitetinin Tibb Fakültəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerindən qaçmağa çalışan şübhəli şəxs universitetin tələbə şəhərciyində polis tərəfindən saxlanılıb.
Aqil Qarayev