İki şagird qiymətə görə müəllimi döyüb öldürdü -
Dünya
ABŞ-da iki şagird ispan dili müəllimini qətlə yetirib.
ABŞ-ın Konnektikut ştatındakı Ayova litseyinin iki şagirdi aşağı qiymət yazdığı üçün döyərək öldürüblər.
Villard Miller və Ceremi Qudeyl adlı şagirdlərin barəsində prokurorluğun başlatdığı istintaq nəticəsində bir çox qaranlıq məsələnin üstü açılıb.
66 yaşlı müəllim Nohema Qraberin öldürülməsi ilə bağlı üzə çıxan detallar qandondurucudur.
2 Noyabr 2021-ci ildə yaşayış məntəqələrindən uzaqda cəsədi tapılan Qraberin qətldən əvvəl parkda gəzintiyə çıxdığı məlum olub. 16 yaşlı iki şagird müəllimi bir müddət izlədikdən sonra onu parkda beysbol zopası ilə döyüblər.
Villard Miller müəllimi qiymətə görə döydüyünü etiraf edib.
Şagirdlərin müəllimin cəsədini mikroavtobusla daşıdıqları, bu zaman maskadan istifadə etdikləri anlaşılıb.
Onlar qətl gecəsi sosial şəbəkə hesablarında qisasın alındığına dair paylaşımlar ediblər.
Faktla bağlı araşdırma davam edir. /Bakupost.az /