Klubda dəhşət - Qadın onu qucaqlayan kişinin gözünü çıxardı

Klubda dəhşət - Qadın onu qucaqlayan kişinin gözünü çıxardı Dünya

Böyük Britaniyada 20 yaşlı Ceyd Aston adlı qadın klublardan birində rəqs zamanı onu qucaqlayan kişinin gözünü çıxarıb.

News24.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Bildirilib ki, hadisə 24 noyabr 2024-cü ildə Şimali Staffordşirdə baş verib. Ceyd Aston 19 yaşında olan zaman doğuşdan cəmi dörd həftə sonra ziyafətə qatılıb.

Klub ziyarətçilərindən biri onu belindən qucaqlasa da, onun hərəkəti qadına xoş gəlməyib. Bunu anlayan kişi tez əllərini çəkib. Qadın bu barədə həmin vaxtkı sevgilisinə danışıb və ziyarətçilər arasında mübahisə yaranıb.

Cütlük məkandan çıxarılıb, lakin Ceydlə rəqs edən kişi daha bir saat klubda qalıb. O çölə çıxanda qız ona hücum edərək sol gözünə üç zərbə endirib.

Zərərçəkən göz qapağının cırılması və sol göz almasının sınığı kimi xəsarətlər alıb. Bu, Astonun həmin vaxt taxdığı üzük səbəbindən baş verib.

Nəticədə kişi sol gözündə görməni həmişəlik itirib. Görməni bərpa etməyə çalışsa da, əməliyyat baş ağrılarına və karyerasını itirməsinə səbəb olub.

“Bu hücum məndən bir daha heç vaxt geri qaytara bilməyəcəyim bir parçanı aldı”, — deyə zərərçəkən bildirib.

Aston belə ağır xəsarət yetirmək istəmədiyini deyib, dərin peşmanlıq hissi keçirdiyini və içkini tərgitdiyini bildirib.

Həmçinin ona yaxın zamanda şəxsiyyət pozuntusu diaqnozu qoyulduğu məlum olub. Təqsirləndirilən şəxs hücumda günahını etiraf edib.

Məhkəmə ona 8 ay şərti həbs cəzası verib. Bundan əlavə, qadına zərərçəkənə 500 funt sterlinq təzminat ödəmək və 20 günlük reabilitasiya kursu keçmək tapşırılıb.