Köməkçiləri onunla danışanda niyə qışqırırlar? – Trampla bağlı gözlənilməz iddia

Köməkçiləri onunla danışanda niyə qışqırırlar? – Trampla bağlı gözlənilməz iddia Dünya

ABŞ Prezidenti Donald Trampın səhhəti ilə bağlı diqqətçəkən iddia irəli sürülüb.

News24.az xəbər verir ki, “The Wall Street Journal” nəşri 79 yaşlı ABŞ Prezidentinin həm ictimai çıxışlarında, həm də şəxsi həyatında qocalma əlamətləri nümayiş etdirdiyini yazıb. Bildirilir ki, Trampın eşitmə qabiliyyəti zəiflədiyi üçün köməkçiləri və dostları onunla daha ucadan danışmağa məcbur olurlar.

Məlumata görə, Donald Tramp qolfdan başqa demək olar ki, heç bir fiziki fəaliyyətlə məşğul olmur. O, əsasən duzlu və yağlı qidalarla – hamburger və kartof fri ilə qidalanır, həkimlərin tövsiyələrini isə tez-tez qulaqardına vurur. Tramp sağlamlığını “yaxşı genetika” ilə əlaqələndirir.

ABŞ Prezidenti öz sağlamlığından əmin olduğunu bildirir və bu mövzuda səsləndirilən tənqidlərə mənfi reaksiya verir.

Trampın sözlərinə görə, o, təxminən 25 ildir yüksək dozada aspirin qəbul edir. Bu səbəbdən bədənində tez-tez göyərmələr əmələ gəlir. Həkimlər ona dozanı azaltmağı tövsiyə etsələr də, Tramp xurafatçı olmadığı üçün bu məsləhətə əməl etmədiyini bildirib.

“Xurafatçı deyiləm. Deyirlər, aspirin qanı durulaşdırır. Mən isə istəmirəm ki, ürəyimdən qatı qan axsın. Mən istəyirəm ki, gözəl, duru qan axsın. Bu, məntiqlidir, elə deyilmi?” – Tramp nəşrə müsahibəsində bildirib.