Kollecdə partlayış baş verdi: ölən və yaralananlar var

Kollecdə partlayış baş verdi: ölən və yaralananlar var Dünya

Hindistanın şimal-şərqindəki Manipur əyalətinin paytaxtı İmfal şəhərindəki kollecdə bomba partlayıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Şəhərdəki kollec ərazisində əldəqayırma partlayıcı qurğu partlayıb. Bir nəfər ölüb, bir nəfər isə xəstəxanada müalicə olunur”, - deyə rəsmilərdən biri bildirib.

Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə