Konqoda mis mədəni çökdü: Xeyli sayda ölən var

Konqoda mis mədəni çökdü: Xeyli sayda ölən var Dünya

Konqo Demokratik Respublikasının cənubunda qeyri-qanuni mədənçilərin işlədiyi mis mədəninin bir hissəsi çöküb.

News24.az xəbər verir ki, bu barədə RFI radiosu məlumat yayıb.

Lualaba əyalətinin qubernatoru Fifi Massukinin sözlərinə görə, azı 32 nəfər ölüb. O əlavə edib ki, axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.

Bununla belə, Mədənçilər Assosiasiyası 49 nəfərin öldüyünü və onlarla işçinin itkin düşdüyünü bildirib. Səlahiyyətlilər hesab edir ki, hadisəyə səbəb leysan yağışları nəticəsində yaranan torpaq sürüşmələridir.