Koronavirusun yeni variantı bu ölkədə də - aşkarlandı

Koronavirusun yeni variantı bu ölkədə də - aşkarlandı Dünya

İngiltərə, ABŞ və Danimarkadan sonra koronavirusun yeni variantı olan “BA.2.86” İsraildə görülüb.

News24.az xəbər verir ki, yeni variantın daşıdığı çox sayda mutasiya ilə vaksinləri təsirsiz hala gətirə biləcəyi və bununla da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat etdiyi bildirilib.

İsrail İctimai Yayım Təşkilatı (KAN) Tel-Əviv Sourasky Tibb Mərkəzi səlahiyyətlilərinin mövzu ilə bağlı açıqlamasına yer verib.

Xəbərdə İsraildə aşkar edilən yeni variantın ABŞ, İngiltərə və Danimarkadan sonra dünyada aşkarlanan 4-cü hal olduğu bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı avqustun 17-də verdiyi açıqlamada BA.2.86 olaraq elan edilən variantın statusunu daşıdığı çox sayda mutasiyaya görə "müşahidə altında olan variant" olaraq yeniləyib.

Aydan