Krım körpüsü bağlandı
Dünya
Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
News24.az Axar.az-aistinadla xəbər verir ki, bu barədə “Krım körpüsü: operativ məlumat” Telegram kanalında məlumat verilib.
“Tamandan gələn 180 maşın növbədə gözləyir. Gözləmə müddəti təxminən bir saatdır. Kerçdən də gələn 95 avtomobil növbədədir”, - bildirilib.
Qeyd edək ki, Ukrayna kəşfiyyatı Krım körpüsündən istifadə etməməyi tövsiyə etmişdi.