Lavrov BMT Baş Assambleyasında - ÇIXIŞ EDƏCƏK

Lavrov BMT Baş Assambleyasında - ÇIXIŞ EDƏCƏK Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 19-dan 26-dək Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında çıxış edəcək.

News24.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin saytında məlumat verilib. 

“Lavrov Baş Assambleyanın ümumi siyasi müzakirələrində çıxış edəcək, həmçinin bir sıra ikitərəfli görüşlərdə və çoxtərəfli tədbirlərdə iştirak edəcək”, - deyə məlumatda bildirilib. 

Baş Assambleyanın qarşıdan gələn sessiyasında Rusiya tərəfi "BMT-nin bütün dövlətlərin maraqlarının təmin edilməsində və uyğunlaşdırılmasında mərkəzi əlaqələndirmə mexanizmi kimi rolunun bərpasının tərəfdarı olacaq", - Rusiya XİN əlavə edib.

Günəş Mərd