Lavrov və Abdullahian görüşdü

Lavrov və Abdullahian görüşdü Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb. 

News24.az xəbər verir ki, görüş zamanı Yaxın Şərqin aktual problemləri müzakirə edilib. 

Nazirlər Qəzza zolağında atəşkəs rejiminə tezliklə xitam verilməsini və anklav sakinlərinə humanitar yardımın göstərilməsini müdafiə ediblər.

Tərəflər Rusiya-İran münasibətlərinin fundamental prinsiplərinə və BMT Nizamnaməsinə, o cümlədən daxili işlərə qarışmamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə sadiq olduqlarını təsdiqləyiblər.

Qumral