Livanda İsrailin hücumlarında 1318 nəfər öldü

Livanda İsrailin hücumlarında 1318 nəfər öldü Dünya

Livanda indiyə qədər İsrailin hücumlarında 1318 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, martın 2-dən hücumlar başlayandan bəri xəsarət alanların sayı 3 935 nəfərə çatıb.

Qeyd edək ki, İsrail Livanda Hizbullaha qarşı hava və quru əməliyyatları keçirir, toqquşmalar baş verir. (APA)