Lukaşenkodan dəhliz açıqlaması: - "kağız üzərində qalmamalıdır"

Lukaşenkodan dəhliz açıqlaması: - "kağız üzərində qalmamalıdır" Dünya

Aİİ-də mühüm yeri üzv dövlətlərin nəqliyyat, logistika, rəqəmsal infrastrukturlarının birgə inkişafı, İttifaqın üçüncü ölkələrin fəal inkişaf edən bazarları ilə nəqliyyat əlaqəsinin artırılması tutur

News24.az “Belarus Today”ə istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O qeyd edib ki, üzv ölkələrin infrastruktur imkanlarının birləşdirilməsi və beynəlxalq təşkilatların və inkişaf institutlarının potensialının reallaşdırılması kontinental nəqliyyat, logistika, ticarət-iqtisadi məkanın yaradılması probleminin həllini təmin edə bilər və etməlidir.

“Belə səylərin birləşməsinə yaxşı nümunə Azərbaycan və İranın iştirakı ilə həyata keçirilən Şimal-Cənub nəqliyyat dəhlizini göstərmək olar. Bu, nəqliyyat logistikası sahəsində sıçrayış olacaq. Bu layihəyə təkan vermək vacibdir. Heç bir halda bu, kağız üzərində qalmamalıdır”, - deyə o bildirib. 

Ayşən