Maduronu müdafiə edən general işdən çıxarıldı
Dünya
Venesuelada Nikolas Maduronu müdafiə edən bölmənin rəhbəri, general-mayor Xavyer Markano Tabata vəzifəsindən azad edilib.
News24.az xəbər verir ki, bu barədə qərarı müvəqqəti prezident Delsi Rodrigez verib.
Onun yerinə general Qustavo Qonsales Lopez təyin edilib. Lopez Prezident Fəxri Qarovulunun Komandiri və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəhbəri olub.
Rabitə naziri Freddi Nanez bildirib ki, bu kadr dəyişikliyi ictimai təhlükəsizliyin və Konstitusiyanın qorunmasına xidmət edir.