Maduro məhkəməyə çıxarıldı – Yeniləndi
Dünya
ABŞ-də Venesuela Prezidenti Nikolas Maduronun işi üzrə ilkin məhkəmə iclası keçirilir.
News24.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, dövlət başçısı məhkəməyə qandalsız gətirilib. Maduro məhkəmədə ispan dilində danışır və tərcüməçidən istifadə edir.
O, təqsirsiz olduğunu bildirib: "Mən dürüst insanam və hələ də ölkəmin prezidentiyəm", - deyə Maduro qeyd edib.
Onun həyat yoldaşı Siliya Flores də ABŞ tərəfindən irəli sürülən ittihamlarla bağlı özünü təqsirkar bilməyib.
**
Venesuela Prezidenti Nikolas Maduroya qarşı məhkəmə prosesi ən erkən 2027-ci ildə başlayacaq.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Venesuela lideri bu gün ABŞ məhkəməsi qarşısına çıxıb. Agentliyin məlumatına görə, bu, formal ilkin iclasıdır. Məhkəmə ittihamları elan edəcək, ilkin vəsatətlər üçün qrafiki müəyyənləşdirəcək və həbs-qətimkan tədbiri məsələsini müzakirə edəcək.