Mafiya başçısı - SAXLANILDI
Dünya
İtalyan mafiya başçısı, 67 yaşlı Cüzeppe Skanqanın Gürcüstanda həbs olunub.
News24.az xəbər verir ki, Gürcüstanın baş prokuroru İrakli Şotadze də faktı təsdiqləyib.
Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq çərçivəsində saxlanılan şəxsin ekstradisiyası ilə əlaqədar prosedurlar davam etdirilir.
Əldə edilən məlumata görə, o, 2020-ci ildə öz ölkəsində qiyabi olaraq mühakimə olunub və 11 il müddətinə azadlıqdan məhrum edilib. O vaxtdan Cüzeppe Sqanqa üçün beynəlxalq axtarış elan edilib.
Aynurə